İsrail Qəzza sakinlərinə çağırış etdi

İsrail Qəzza sakinlərinə çağırış etdi

İsrail ordusu Qəzzada radikal HƏMAS hərəkatı tərəfindən humanitar pozuntular barədə sakinlərin məlumat verməsi üçün rabitə kanalı yaradıb.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

“HƏMAS cənuba keçməyinizə mane olarsa, əlavə edilmiş nömrədən istifadə edərək teleqram hesabınızda bizimlə paylaşın”, – deyə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi polkovnik Aviçaya Adrai bildirib.

Qəzet qeyd edir ki, müvafiq telefon nömrəsi rəsmi hərbi mənbələrdə yerləşdirilib.

“Dünən Qəzza şəhərindəki “Əl-Rantisi” İxtisaslaşdırılmış Xəstəxanasına sığınan minlərlə insanın qarşısını alan HƏMAS komandiri Əhməd Tziamın adını və vəzifəsini dərc etdik. HƏMAS Qəzza zolağının şimalından sakinlərin canlı qalxan kimi qalması üçün zorla təxliyənin qarşısını alır”, – Adrai deyib.

“Jerusalem Post” yazır ki, münaqişənin əvvəlindən İsrail ordusu Qəzza sakinlərini xilas etmək üçün hər şeyi edib. Bunun üçün hava zərbələri endirməzdən əvvəl hərbçilərin sakinlərə telefonla zəng etdiyi və müəyyən ərazilərdən təxliyyə edilməsini xahiş etdiyi iddia edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =