İsrail Qəzzanın şimalında əməliyyatların aktiv mərhələsini başa çatdırıb

İsrail Qəzzanın şimalında əməliyyatların aktiv mərhələsini başa çatdırıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv hücum əməliyyatlarını başa çatdırıb.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

Onun sözlərinə görə, həmin ərazidə HƏMAS-ın bütün bölmələri məğlub olub.

Nazir vaxtı dəqiqləşdirmədən əməliyyatın aktiv mərhələsinin tezliklə zolağın cənubundakı Xan Yunis ərazisində başa çatacağını deyib. “Bu zonada israilli hərbçilər qruplaşma liderlərini təqib edir, həmçinin Rəfahdakı yerüstü yolları və yeraltı tunelləri kəsməyə çalışır”, – deyə Yoav Qallant vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 20 =