İsrail qırıcılarının Xan Yunisə hücumunda 45 fələstinli şəhid olub – Video

İsrail qırıcılarının Xan Yunisə hücumunda 45 fələstinli şəhid olub – Video

Media mənbələri sionist rejimin Xan Yunisdə xəstəxananın ətrafına və Deyr əl-Bələhdə yaşayış məntəqələrinə hücumu nəticəsində onlarla fələstinli mülki şəxsin şəhid olması və yaralanması barədə məlumat yayıb.

Şahab xəbər agentliyinin məlumatına görə, sionist rejimin bombardmançıları Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki Nasir Tibb Kompleksi ətrafını bombalayıb.

Bu xəbərə görə, İsrail qırıcıları Deyrəl-Bələhdə Fələstin vətəndaşlarının evlərini də bombalayıb.

Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü sionist rejimin döyüş təyyarələrinin Deyrəl-Bələhdə mülki əhalinin evlərinə hücumundan sonra 45 fələstinlinin şəhid olduğunu açıqlayıb.

O, həmçinin sionist ordusunun bu cinayəti nəticəsində onlarla digər fələstinlinin də yaralandığını bildirib.

Qəzza Səhiyyə Nazirliyi bazar ertəsi axşam saatlarında Qəzza zolağına qarşı təcavüzün başlanmasından indiyədək 15 899 fələstinlinin şəhid olduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, qurbanların 70%-i günahsız uşaqlar və qadınlardır.

Qəzzanın Səhiyyə Nazirliyi Qəzza zolağına qarşı təcavüzdə yaralananların ümumi sayının 42 min nəfər olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =