“İsrail Rəfaha nəzarəti ələ keçirəcək”

“İsrail Rəfaha nəzarəti ələ keçirəcək”

İsrail ABŞ ilə münasibətlərini kəsmək bahasına belə olsa, Rəfaha nəzarəti ələ keçirəcək.

Bu barədə İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer deyib.

O, Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusunun Rəfah şəhərinə nəzarəti ələ keçirəcəyini bildirib.

“Hətta İsrail təkbaşına döyüşmək məcburiyyətində qalsa belə bu baş verəcək. Hətta bütün dünya, o cümlədən ABŞ İsrailə qarşı çıxsa belə, biz qalib gələnədək döyüşəcəyik”, – o deyib.

Dermerin sözlərinə görə, İsrail Rəfah şəhərinin HƏMAS üçün sığınacağa çevrilməsinə icazə verə bilməz.

“Bu, İsrailə qarşı yeni hücumlara səbəb olacaq. Biz buna yol vermək fikrində deyilik”, – o deyib.

Qeyd edək ki, Rəfah şəhəri Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. Oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsi başlayandan Qəzza zolağının digər bölgələrindən əhalinin axın etməsi ilə şəhərin əhalisinin sayı 10 dəfədən çox artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eighteen =