İsrail rəsmiləri Əmirlklə birlikdə Sokotra adasında

İsrail rəsmiləri Əmirlklə birlikdə Sokotra adasında

Xəbər verildiyi kimi, İsrail zabitləri və əsgərləri bu yaxınlarda Əmirlik rəsmilərinin müşayiəti ilə Hind okeanındakı Yəmən arxipelaqına səfər ediblər.

Yəməndə yerləşən YemNews-un (YNP) məlumatına görə, Sokotra arxipelaqı valiliyindəki yerli mənbələr İsrail zabit və əsgərlərinin bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qüvvələrinin işğalı altında olan Sokotra arxipelaqını Əmirlik rəsmilərinin müşayiəti ilə ziyarət etdiklərini bildirib.

Sözügedən mənbələr sionist hərbçilərin BƏƏ-nin Ümumdünya İrs Siyahısına daxil edilmiş Yəmən adasında hərbi bazalar tikmək planları ilə bağlı Qərb xəbərləri ilə paralel olaraq Sokotra adasına intensiv səfər etdiyini bildiriblər.

Mənbələr əlavə edib ki, onlarla israilli zabit və əsgər Əmirlik zabitlərinin müşayiəti ilə “Əbdül Kuri” adasındakı “Əmirlik-İsrail” ortaq hərbi bazasında işə başlamaq məqsədi ilə Sokotraya gəlib.

Bir həftə əvvəl Birləşmiş Ərəb Əmirlikləri və İsrailin Yəmənin Sokotra arxipelaqında, konkret olaraq “ Əbdül Kuri ” adasında strateji hərbi baza yaratmağı planlaşdırdığı barədə xəbərlər dərc olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =