İsrail rejimi Qəzzə müharibəsində məğlub olub

İsrail rejimi Qəzzə müharibəsində məğlub olub

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun sədri deyib: “İsrail rejiminin ordusu Qəzzə xalqına qarşı doqquz ay davam edən kütləvi hərbi hücum və soyqırımdan sonra məqsədlərinin heç birinə nail ola bilməyib”.

İsmayıl Həniyyə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ilə Dohada görüşündə, İsrail rejiminin daxildəki ağır siyasi vəziyyətini və onun regional və beynəlxalq mövqelərinin pisləşməsini, sionist cinayətkarlara qarşı Qərb dünyasında, xüsusilə də ABŞ-da ictimai rəyin qiyamını, həmçinin Livan və Yəməndə Müqavimət Cəbhəsinin meydandakı inkişaflarını region xalqlarının strateji yetkinliyinin və Əl-Əqsa Tufanı əməliyyatından əvvəlki dövrə dönüşün mümkün olmadığının göstəricisi kimi qiymətləndirib.

Həniyyə İslam İnqilabının Ali Məqamlı Rəhbəri, İran xalqı və hökumətinin Fələstin xalqına və müqavimətə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və əlavə edib ki, sionist rejimin Qəzzə xalqına qarşı vəhşicəsinə cinayətlərinin və törətdiyi soyqırımın davam etməsinə baxmayaraq, Fələstin müqaviməti təcavüzkar sionist rejimə qarşı hələ də dik və möhkəm dayanıb.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni də Fələstin xalqının İsrail rejiminə qarşı “qəhrəmancasına müqavimətini” yüksək dəyərləndirib və İranın Qəzzəyə dəstək üçün son diplomatik səylərini açıqlayıb.

ranın müvəqqəti naziri vurğulayıb ki, İsrail işğalçılarına qarşı mübarizə təkcə silahlı müqavimətlə məhdudlaşmamalıdır, əksinə qanuni müqavimət, siyasi müqavimət və Fələstin xaricindəki ümumi diplomatiya sahəsində müqavimət işğal olunmuş ərazilərdəki silahlı müqavimətlə paralel şəkildə Fələstin xalqının iradəsini və hüquqlarını dəstəkləməli və qorumalıdır.

Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Qətərə bir neçə saatlıq səfəri çərçivəsində HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə ilə görüşüb və Qəzza zolağında baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =