İsrail rejiminin iqtisadi etibar reytinqinin aşağı düşməsindən sonra Netanyahunun vəzifədən uzaqlaşdırılması tələbləri artıb

İsrail rejiminin iqtisadi etibar reytinqinin aşağı düşməsindən sonra Netanyahunun vəzifədən uzaqlaşdırılması tələbləri artıb

 Sionist rejimin knessetdəki müxalifət koalisiyası bu rejimin iqtisadiyyat etibarı reytinqinin aşağı düşməsinə reaksiya verərək hakim kabinetdə dəyişiklik edilməsini tələb edib.

Knessetdəki müxalifət koalisiyasının lideri Yair Lapid sionist rejimin iqtisadiyyat etibarı reytinqinin aşağı düşməsinə münasibət bildirərək deyib: “Hakim kabinetin hərəkətləri İsrail iqtisadiyyatının əleyhinədir. İqtisadi etibar reytinqinin aşağı düşməsi bu kabinetin səmərəsizliyinin daha bir əlamətidir.”

Maariv-in məlumatına görə, Lapid deyib: “Son bir ildə İsrailin iqtisadi artımı dayanıb və bu kabinet büdcə planını məsuliyyətsiz şəkildə hazırlayıb.”

Sionist rejimin keçmiş baş naziri əlavə edib ki, hətta müharibə zamanı Binyamin Netanyahunun kabinetində İsrail iqtisadiyyatı haqda düşünən bir nazir yoxdur.

Yisrael Beitenu partiyasının lideri Aviqdor Liberman da Netanyahunu sionist iqtisadiyyatın hazırkı vəziyyətinə cavabdeh hesab edib və onun kabinetini “məhv kabineti” adlandırıb.

O deyib: “Netanyahunun kabineti 7 oktyabr təhlükəsizlik fəlakətini yaratdığı kimi indi də İsrail üçün iqtisadi fəlakət yaradır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 10 =