İsrail Rusiyanı bağışlamayacaq – Lapid
HƏMAS-ın İsrailə hücumundan sonra Rusiyanın davranışını anlamaq və bağışlamaq mümkün deyil.
Bunu İsrail müxalifətinin lideri, sabiq baş nazir Yair Lapid deyib.
“Aydındır ki, Rusiya bu gün İrana həmişəkindən daha çox ehtiyac duyur. Onlar hələ də özlərini super güc hesab etdikləri üçün bunu deməyi xoşlamırlar. Lakin bu “fövqəldövlət” 2022-ci ilin fevralından bəri Ukraynanı məğlub edə bilmir. Rusiyanın İran silahlarının tədarükündən asılılığı artdıqca, şər oxunun bir halqasına çevrilir”, – o bildirib.
Lapid qeyd edib ki, İsrail Rusiyanı və onun rəhbərliyini HƏMAS-ın tərəfdarı olduğuna görə bağışlamaqda çətinlik çəkəcək.
Sabiq baş nazir Putin və Lavrovun bəyanatlarını da xatırladıb:
“Şübhə yoxdur ki, ölkə rəhbərliyi Rusiya ilə bağlı mövqeyinə yenidən baxmalıdır. Dövlətlər münasibətləri elə beləcə kəsmir, eyni zamanda bu cür təhqir olunduqda bağışlamır”.