İsrail tezliklə Qəzzada əməliyyatı dayandıra bilər

İsrail tezliklə Qəzzada əməliyyatı dayandıra bilər

İsrail Əl-Şifa xəstəxanasına tam nəzarəti ələ keçirdikdən sonra Qəzzada əməliyyatları müvəqqəti dayandırmağı düşünür.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti vəziyyətlə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, belə bir fasilə olacağı təqdirdə HƏMAS fəallaşa bilər və nəticədə İsrail tərəfi dərhal hərbi əməliyyatları bərpa edəcək.

İsrail hərbçiləri 2023-cü il noyabrın 15-nə keçən gecə məqsədli əməliyyat keçirmək üçün Əl-Şifa xəstəxanasına daxil olublar. Ordunun məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir.

Belə ki, xəstəxanada gedən döyüşlər zamanı İsrail hərbçiləri dinc sakinlər arasında itki və xəsarət almamaq üçün bütün tədbirləri görəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =