İsrail və HƏMAS əsirlərin mübadiləsi və bir aylıq atəşkəs haqqında razılığa gəliblər

İsrail və HƏMAS əsirlərin mübadiləsi və bir aylıq atəşkəs haqqında razılığa gəliblər

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs çərçivəsində bir ay ərzində əsir və məhbusların mübadiləsinə dair prinsipial razılıq əldə edilib, lakin Fələstin tərəfi növbəti danışıqlara mane olur.

Bu barədə “Reuters” üç mənbəyə istinadən xəbər verib.

Adı açıqlanmayan rəsmi şəxsin sözlərinə görə, dekabrın 28-də ABŞ, Qətər və Misirin himayəsi ilə başlayan danışıqlarının son raundundan sonra atəşkəsin təxminən 30 gün müddət davam etməsi barədə razılıq əldə edilib.

Belə ki, İsrail və HƏMAs prinsipcə razılaşıblar ki, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi bir aylıq atəşkəs çərçivəsində baş tuta bilər.

Qeyd olunub ki, HƏMAS daimi atəşkəs şərtləri razılaşdırılana qədər danışıqları davam etdirməkdən imtina edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 7 =