İsrail vətəndaşlarını işğal olunmuş Colanda yaşamağa cəlb etmək üçün güzəştli təkliflər təqdim edir

İsrail vətəndaşlarını işğal olunmuş Colanda yaşamağa cəlb etmək üçün güzəştli təkliflər təqdim edir

İsrail hökuməti (işğal altında olan Suriyanın) Colan təpələrində mənzil istəyənlərə pulsuz olaraq torpaq təklif edir.

SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrai hökumətinin nəzdində Torpaq İdarəsinin Biznes Departamentinin direktoru Rut Avriat açıqlama verib.

Bildirilib ki, Colan Yüksəkliklərindəki torpaqlar pulsuz olaraq, burada yaşamağa daha çox yeni sakinləri cəlb etmək məqsədi ilə verilir.

Öz növbəsində, İsrailin “Yeddinci Kanalı” bu gün bildirib ki, (Suriyanın işğal olunmuş) yüksəkliklərdə Katzrin şəhərinin Yerli şurasının rəhbəri Demi Abritsev İsrail hökumətinin ötən bazar günü qəbul etdiyi son qərarın aktiv olduğunu bildirib. Əlavə edilib ki, 2040-cı ilə qədər burada (yəhudi) əhalinin sayı 60 min nəfərə çatdırmalıdır.

Bildirək ki, Colanın İsrail tərəfindən işğal edilməsi ilə bağlı BMT Təşhükəsizlik Şurasının 497-ci qətnaməsi var. Bu qətnaməyə və BMT Baş Assambleyasının Suriyanın lehinə olan çoxsaylı qərarlarına baxmayaraq, ABŞ hökuməti iki il öncə Colanı İsrailin ərazisi kimi tandığını bildirib.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + three =