İsrail XİN Bəhreyn səfirinin ölkədən geri çağırılması xəbərini təkzib edib

İsrail XİN Bəhreyn səfirinin ölkədən geri çağırılması xəbərini təkzib edib

İsrail Xarici İşlər Nazirliyi Bəhreyn səfirinin İsraildən geri çağırılması barədə məlumatı təkzib edib.

“Times of İsrael” xəbər verir ki, Nazirlik bu barədə hər hansı qərarın verilmədiyini, Bəhreyn XİN-in bununla bağlı açıqlama vermədiyini bildirib.

İsrail tərəfi iki ölkə arasında münasibətlərin stabil olduğunu bildirib.

Xatırladaq ki, bu günə qədər Qəzzadakı hərbi əməliyyatlara etiraz olaraq İordaniya, Boliviya, Çili və Kolumbiya öz səfirlərini İsraildən geri çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 9 =