İsraildə şok olay: qadının hamiləliyi qara ciyərində baş verib

İsraildə şok olay: qadının hamiləliyi qara ciyərində baş verib

“Mən şöbəmizdə hamıdan çox  peşə stajına malikəm, amma ilk dəfədir ki, belə şeylə rastlaşıram, mən heyrət içindəyəm…”

“Hamilə qadın 4 dəfə USM müayinəsindən keçirilib, lakin dölün harada yerləşdiyini müəyyən etmək mümkün olmayıb…”

“Bütün dünyada təbabət praktikasında cəmi 20 belə hal təsvir edilib…”

“Beylison” xəstəxanasının həkimləri USM müayinəsi zamanı dölün uşaqlıqda deyil, qara ciyərdə inkişaf etdiyini görəndə gözlərinə inanmayıb…”

İsraildə çox nadir hal aşkar edilib. 30 yaşlı qadının hamiləliyi…qara ciyərində inkişaf edib. 

Moderator.az xəbər verir ki, bu barədə “vesty.co.il” nəşri yazıb.

Nəşr qeyd edir ki, təbabət tarixində cəmi 20 belə hal təsvir edilib. 30 illik stajı olan israilli həkim USM  aparatında bunu görəndə heyrət içində deyib:

“Mən öz gözlərimə inanmıram. Mənə elə gəlirdi ki, təbabətdə məni daha heç nə təəccübləndirməz, amma bunu görmək…”

Hər şey Petax-Tikvada “Beylinson” xəstəxanasında baş verib. Ultrasəs müayinəsi zamanı 30 yaşlı qadında uşaqlıqdankənar hamiləlik aşkar edilib. 

Özlüyündə bu hal nadir deyil, lakin bu dəfə dölün yeri tamamilə qəribə yerdə, qara ciyərdə yerləşib. Həkimlər bu nəticəyə gəlib ki, dölün bu orqanda bundan sonrakı inkişafı qadının həyatı üçün təhlükə törədir.

Pasiyent qadına məlumat verilib ki, abort etmək lazımdır, həm də bunu tez bir zamanda, 48 saat ərzində etmək gərəkdir. Əməliyyat İsrail praktikasında ilk dəfə olaraq cərrahi robotun köməyilə aparılıb.

“Bu tarixçə hamiləliyin diaqnostikasında problemlərdən başlayıb. Biz qadının hamilə olduğunu, dölün sağ olduğunu və inkişaf etdiyini bilirdik, lakin heç bir aparat müayinəsi onun yerini müəyyən edə bilməyib”.

Bunu “Beylinson” xəstəxanasının mama-ginekologiya şöbəsinin müdir müavini doktor Hadi Sabah deyib.  

“Biz qadını 4 dəfə USM müayinəsindən keçirdik, lakin dölün harada yerləşdiyini görə bilmədik. O zaman qadın kompüter tomoqrafiyasına göndərilib. Yalnız o zaman qara ciyərdə şübhəli tapıntı aşkar etdik. Bu, səkkiz həftəlik döl olub”.

Bizim şöbədə mənim hamıdan çox peşə stajım var, amma mən ilk dəfədir ki, belə şeylə rastlaşıram. Mən heyrət içindəyəm”.

Həkimin sözlərinə görə, İsrail tibbi praktikasında heç vaxt belə hal təsvir edilməyib. Hətta mama-ginekologiyada “qara ciyər hamiləliyi” nümunəsi gətirilməyib.

Uşaqlıqdankənar hamiləliyin əksəriyyəti uşaqlıq borularında, bəzən yumurtalıqar və ya uşaqlığın boynunda baş verir.

Hamiləliyin qarın boşluğunda inkişaf etməsi halları fövqəladə dərəcədə nadir hallarda, patoloji və təhlükəli hesab edilir, lakin o zaman da mayalanmış yumurta hüceyrəsi heç bir  halda qara ciyərə deyil, nazik bağırsağın müsariqəsi nahiyəsinə bitişir.

Bu hala xəstəxananın təkcə ginekoloqları təəccüblənməyib. “Beylinson” xəstəxanasının qara ciyər cərrahiyyəsi şöbəsində də bu hal heyrət doğurub. 

Peşəkar ədəbiyyatda bütün dünyada bu illər ərzində cəmi 20 belə hal təsvir edilib. Təhlükə ondan ibarətdir ki, embrion inkişaf etdikcə qara ciyər dağıla bilər, bu da hamilə üçün ölümcül ola bilər”, – şöbə müdiri professor Eran Sadot izah edib.

Qadının özü həkimlərə deyib ki, menstruasiyaları kəsiləndən dərhal sonra öz xəstəxanasının ginekoloquna müraciət edib. Analizlər hamiləliyin olduğunu göstərib və qadın uçota götürülüb.

O, səkkiz həftə həkimin müşahidəsi altında olub, o, USM-də dölü heç cür görə bilməyib, hərçənd, digər analizlər də hamiləliyin olduğunu göstərib.

Ginekoloq qadını “Beylinson” xəstəxanasına məsləhətə göndərib, nəhayət, ona düzgün diaqnoz qoyulub. Qadıba izah edilib ki, istənilən uşaqlıqdankənar hamiləlik qanaxma təhlükəsi səbəbindən həyat üçün ciddi risklər yaradır.

Qarq ciyər iri qan damarlarının mürəkkəb sisteminə malik olduğundan bu hal dərhal ölüm təhlükəsi törədir. Qadına deyilib ki, əməliyyat robotlaşdırılmış cərrahi sistemin köməyilə aparılacaq, bu da dölün qara ciyər üçün ən az zərərlə kənar edilməsinə imkan verəcək. 

Diaqnoz qoyulanda ilk dəfə şok keçirən qadın həkimlərin növbəti dəfə hamiləliyinin normal keçəcəyi və uşaq  dünyaya gətirə biləcəyi barədə məlumatdan təskinlik tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 4 =