İsraili tənqid edən repressiyaya məruz qalır – BMT

İsraili tənqid edən repressiyaya məruz qalır – BMT

Qərbdə İsrailin işğal olunmuş Fələstin ərazilərindəki siyasətini tənqid edən jurnalistlər, idmançılar və tələbələr senzura və təqiblərə məruz qalırlar.

Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) yaydığı bəyanatda deyilir.

“İsraildə və Qərb ölkələrində İsrailin işğal olunmuş ərazilərdə apardığı siyasət və əməliyyatlar haqqında tənqidi məlumat verən və ya Fələstin tərəfdarı fikirlər ifadə edən jurnalistlər və media orqanları təhdidlərə, hədə-qorxulara, ayrı-seçkiliyə və repressiyalara məruz qalıb. Bu, özünüsenzura riskini artırır, mətbuat azadlığı və ictimaiyyətin məlumat əldə etmək hüququ üçün zəruri olan məlumatların müxtəlifliyini pozur”, – sənəddə deyilir.

Bəyanatda həmçinin bildirilir ki, İsraildə ən azı bir media qurumu “qərəzli münasibət” iddiasına görə bağlanmaqla hədələnib və sosial media platformaları qeyri-mütənasib və əsassız olaraq Fələstinə dəstək məzmunlu paylaşımları silib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =