İsrailin Dəməşqə hücumu: 7 şəhid, 20 yaralı

İsrailin Dəməşqə hücumu: 7 şəhid, 20 yaralı

İsrailin Dəməşq çölündə Seyyidə Zeynəb bölgəsinə təşkil etdiyi hücumda aralarında uşaq və qadınların da olduğu 7 mülki vətəndaşın şəhid olduğu, iyirmi nəfərin isə yaralandığı bildirilir.

 Suriya Ərəb Xəbər Agentliyinin (SANA) verdiyi məlumata görə, bu gün (bazar günü) saat 17:00 radələrində İsrail rejimi işğal altındakı Suriyanın Qolan istiqamətindən Dəməşq çölündə Seyyide Zeynəb bölgəsindəki bir yaşayış məntəqəsinə hava hücumu təşkil edib. 

SANA xəbər verir ki, bu hücum uşaq və qadınların da olduğu 7 mülki şəxsin şəhid olması, iyirmi nəfərin yaralanması, həmçinin şəxsi mülklərə maddi ziyan vurması ilə nəticələnib.

Suriya Müdafiə Nazirliyi İsrailin Suriyanın paytaxtı Dəməşqdəki yaşayış məntəqəsinə təşkil etdiyi hava hücumunda ən azı 7 mülki vətəndaşın şəhid olduğunu açıqlayıb.

Nazirlik bazar günü verdiyi açıqlamada şəhidlər arasında qadın və uşaqların olduğunu, İsrailin Seyyidə Zeynəb bölgəsinə təşkil etdiyi hücumda 20 nəfərin yaralandığını bildirib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Dəməşqin cənubundakı insanların sıx olduğu məhəlləyə endirilən hava hücumunun nəticələri əks olunub.

Bəzi məlumatlarda şəhidlərin sayının 9 olduğu bildirilir.

Press TV bu təcavüzün İsrailin bir həftədən az müddətdə ikinci hücumu olduğunu vurğulayır.

Şənbə günü İsrail ordusu Suriyanın şimalında Hələb və İdlib də daxil olmaqla bir neçə hərbi mövqeyə hava zərbələri endirib .

2011-ci ildə Qərbin dəstəklədiyi müharibə başlayandan bəri İsrail Suriyada yüzlərlə hücum həyata keçirib.

Suriya rəsmiləri dəfələrlə Birləşmiş Millətlər Təşkilatından Təl-Əviv rejimini ölkədəki mülki əraziləri hədəfə aldığına görə məsuliyyətə cəlb etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + six =