İsrailin Hərbi Kabineti HƏMAS-la girov danışıqlarını bərpa etdirməyi tapşırıb
İsrailin Hərbi Kabineti danışıqlar qrupuna girovların azad edilməsi barədə razılığa gəlmək üçün səylərini davam etdirməyi tapşırıb.
Bu barədə “The Jerusalem Post” qəzeti İsrailin Baş naziri Binyamin Netanyahunun Ofisinə istinadən xəbər verir.
Məlumata görə, Hərbi Kabinetin iclası Baş nazirin Ofisinin bəyanatı ilə başa çatıb. Qeyd edilir ki, yüksək səviyyəli forum İsrail danışıqlar qrupuna “girovların qaytarılması ilə bağlı danışıqları davam etdirməyi” tapşırıb.
Çərşənbə axşamı Hərbi Kabinet dörd saatlıq iclas keçirib.