İsrailin HAMAS-la müharibədə ölən hərbçilərinin sayı 500-ü keçib
![İsrailin HAMAS-la müharibədə ölən hərbçilərinin sayı 500-ü keçib](https://sizinyol.org/wp-content/uploads/2023/12/658d14fcf1498658d14fcf14991703744764658d14fcf1496658d14fcf1497.jpg)
İsrail ordusu Qəzzada aparılan quru əməliyatlarında daha 3 hərbçisini itirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən gün ərzində İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlarda 3 hərbçisini itirib və bununla da 7 oktyabrdan indiyə qədər hərbi gərginliyin artması fonunda ümumilikdə 501 israilli hərbçi həlak olub.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 83-cü gündür ki, davam edir.