İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub

İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub

İsrailin Hindistandakı səfirliyinin yaxınlığında partlayış olub.

 “India Today” xəbər verir ki, Delhi polisinə ölkə paytaxtının diplomatik məhəlləsi olan Çanakyapuri bölgəsində yerləşən İsrail səfirliyinin arxasında baş vermiş partlayışla bağlı məlumat verilib

Bildirilib ki, bu gün axşam saat 18:00 radələrində Delhi Yanğınsöndürmə Xidmətinə naməlum bir şəxsin zəngi əsasında səlahiyyətlilərə partlayış barədə məlumat verilib. Zəng edən şəxs partlayışın İsrail səfirliyinin arxasındakı boş ərazidə baş verdiyini iddia edib.

Hadisəni İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 9 =