İsrailin müdafiə naziri bu gün Bakıya gəlir

İsrailin müdafiə naziri bu gün Bakıya gəlir

İsrailin müdafiə naziri Yoav Qallant bu gün Bakıya rəsmi səfərə gəlir.

BAKU.WS report-a istinadən xəbər verir ki, iyulun 14-dək davam edəcək səfər çərçivəsində Y.Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı, general Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

“Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir. Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir”, – Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =