İsrailin müdafiə naziri Pentaqon rəhbərinə hərbi əməliyyatlar barədə danışıb

İsrailin müdafiə naziri Pentaqon rəhbərinə hərbi əməliyyatlar barədə danışıb

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığı aparıb.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin yazılı açıqlamasındada deyilir.

Tərəflər Qəzza zolağında mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

“Ostin 21-22 oktyabr tarixlərində Qəzzaya humanitar karvanların çatdırılmasında İsrailin rolunun vacibliyini vurğuladı və mülki əhalinin qorunmasının əsas amil olduğunu qeyd etdi. Nazirlər, ABŞ-nin daha çox təhlükəsizlik yardımı göstərməsini də müzakirə ediblər. Pentaqonun müharibəni artırmaq istəyən hər hansı bir dövlət və ya qeyri-dövləti cilovlamaq üçün etdiyi hərəkətləri nəzərdən keçirdilər”, – deyə qeyd edilib.

Öz növbəsində Qalant Ostinə İsrailin hərbi əməliyyatları barədə danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − two =