İsrailin pilotsuz uçan aparatının Ceninə hücumu nəticəsində 3 fələstinli şəhid olub

İsrailin pilotsuz uçan aparatının Ceninə hücumu nəticəsində 3 fələstinli şəhid olub

Xəbər mənbələri çərşənbə günü gecə saatlarında İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində İsrailin pilotsuz təyyarəsinin avtomobilə hücumu nəticəsində üç fələstinlinin şəhid olduğunu bildirib.

İRNA-nın Fələstin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejimin pilotsuz təyyarəsi Cenin şəhərində bir avtomobili hədəfə alıb və nəticədə Əhməd Hani Barat, Məhəmməd Rəhal və Məhəmməd Əl-Fayid adlı üç fələstinli şəhid olub.

Bu üç fələstinli şəhidin öldürülməsindən sonra Cenin sakinləri bu sui-qəsdi pisləmək üçün etiraz aksiyası keçiriblər.

Sionist rejim ordusunun Qəzza zolağına təcavüzünün başlaması ilə İordan çayının qərb sahilində fələstinli döyüşçülər və gənclər də Nablus, Tulkərəm, Cenin və Hebron daxil olmaqla, bu bölgənin müxtəlif bölgələrində sionist rejimin hərbi qüvvələrinə qarşı etiraz aksiyası keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 19 =