İsrailin Qəzza zolağının mərkəzinə hücumu nəticəsində 35 şəhid, 60 nəfər yaralanıb
Sionist rejimin son 24 saat ərzində həyata keçirdiyi hücumlar azı 95 nəfərin şəhid olması və yaralanması ilə nəticələnib.
Əl-Cəzirə xəbər kanalı İsrailin dünəndən etibarən Qəzza zolağının mərkəzini bombalaması nəticəsində 35 nəfərin şəhid olduğunu, 60-dan çox insanın isə yaralandığını bildirib.
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS oktyabrın 7-də Fələstinin 70 ildən çox işğalı və iyirmi ilə yaxındır Qəzzanın mühasirəsi və minlərlə fələstinlinin həbs və işgəncəsinə cavab olaraq “Əl-Əqsa Fırtınası” kimi tanınan əməliyyata başlayıb.
Bu əməliyyat bu rejimə qarşı ən qanlı hücumlardan biri idi. HƏMAS döyüşçüləri sərhəd hasarlarının bir neçə nöqtəsindən işğal olunmuş ərazilərə soxulub, kəndlərə hücum edib və çoxlu sayda israillini öldürməklə yanaşı, onların bir qismini əsir götürüblər.
Sionist rejim bu əməliyyata cavab olaraq Qəzzəyə qarşı şiddətli hücumlara başlayıb və bu ərazini tam mühasirəyə alıb. Buna baxmayaraq, analitiklərin dediyi kimi, Əl-Əqsa tufanı əməliyyatı İsraili böyük təhlükəsizlik-siyasi məğlubiyyətə uğradıb.
İsrail rejiminin səlahiyyətliləri bu müharibədə hərbi məqsədlərini HƏMAS-ı məhv etmək olduğunu bəyan ediblər. Bu arada, bir çox analitiklər hətta işğal olunmuş Fələstində də bu məqsədin həyata keçirilməsinin mümkünlüyünü şübhə altına alıblar.
Məsələn, sionist rejimin keçmiş baş naziri “Ehud Olmert” bir neçə gün əvvəl “Haaretz” qəzetindəki məqaləsində yazıb ki, Netanyahunun özü də bilir ki, HƏMAS-ı aradan qaldırmağa qadir deyil.