İsrailin qaz yatağına zərbə endirildi

İsrailin qaz yatağına zərbə endirildi

İraq İslam Müqavimətinə aid silahlı birləşmələr Aralıq dənizində İsrailin Livanla dəniz sərhədi yaxınlığında yerləşən “Leviafan” qaz yatağına hücum təşkil edib.

Bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

“İraqdakı İslam Müqavimətinin mücahidləri pilotsuz təyyarələrin köməyi ilə “Leviafan” qaz platformasına hücum ediblər”, – deyə məlumatda bildirilir.

Qeyd edilib ki, hücum İsrailin Fələstin mülki əhalisinə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =