İsrailin quru əməliyyatı buna görə gecikir – “Hizbullah” və İran…

İsrailin quru əməliyyatı buna görə gecikir – “Hizbullah” və İran…

İsrail rəhbərliyi ABŞ-dan kifayət qədər raketdən müdafiə sistemi aldıqdan sonra Qəzza zolağında quru əməliyyatına başlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hərbi və siyasi rəhbərliyi Qəzzada quru əməliyyatı planlaşdırarkən “Hizbullah” hərəkatının və İranın cavab addımlarından ehtiyat edir.

Belə ki, İsrail ordusu Qəzzada əməliyyatlara başlayanda “Hizbullah”ı müdaxilədən çəkindirmək üçün ABŞ-dan daha çox raketdən müdafiə sistemlərinin çatdırılmasını gözləyir.

Digər qəzet mənbələri qeyd edir ki, əməliyyat başlamazdan əvvəl İsrail rəhbərliyi HƏMAS silahlılarının partizan müharibəsinin qarşısını almaq üçün Qəzza zolağına bütün silah qaçaqmalçılığı kanallarını maksimum dərəcədə kəsmək istəyir.

Adının açıqlanmasını istəməyən İsrailin yüksək rütbəli generalları ordunun mümkün qədər çox girovu xilas etmək üçün əməliyyat zamanı riskə getməyə hazır olduğunu, əməliyyatın mürəkkəbliyinin yüksək olduğunu bildirir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 2 =