İsrailin strateji işlər üzrə naziri ABŞ-da Qəzza ilə bağlı danışıqlar aparacaq

İsrailin strateji işlər üzrə naziri ABŞ-da Qəzza ilə bağlı danışıqlar aparacaq

İsrailin strateji işlər naziri Ron Dermer Qəzza müharibəsi ilə bağlı danışıqlar aparmaq üçün çərşənbə günü Vaşinqtona səfər edəcək.

Bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb.

Onların sözlərinə görə, Dermer ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ağ Evin digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

Portalın mənbələrindən birinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının müharibədən sonrakı strategiyası danışıqların bir hissəsinə çevriləcək.

Bu arada İsrailin iki rəsmisi “Axios”a bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken gələn həftə oktyabrın 7-dən bu günə kimi İsrailə altıncı dəfə səfər etməyi planlaşdırır. O, Qəzzadakı vəziyyəti və müharibədən sonra anklavın gələcəyini müzakirə etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =