İsrailin xarici işlər naziri Ərdoğanı ələ saldı

İsrailin xarici işlər naziri Ərdoğanı ələ saldı

Yesrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotoşopla çəkilmiş şəklini yayımlayıb

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, daha əvvəl Ərdoğana hücum edən Katzın Osmanlı İmperiyasını dirçəltmək arzusunda olduğunu bildirərək “Osmanlı imperiyasını yenidən qurmaq arzusunda olan Ərdoğan bu gün Qüdsdə keçirilən Məclislərarası konfransda İsrailə qarşı hücumlarını və böhtanlarını davam etdirir” kimi məzhəkə də yayımlamışdı.

Qeyd edək ki, bu günlərdə İstanbulda keçirilən Qüds Şuralararası Platformasının 5-ci konfransında Fələstin xalqının soqırımına məruz qaldığını bir daha elan edən Ərdoğan Türkiyənin İsrailin soyqırımına səssiz qalmayacağını bildirib.

İsrail rejiminin xarici işlər naziri Türkiyə prezidentinin Ərdoğanın İslam dünyasına rəhbərlik etməyə can atdığını bildirən açıqlamalarına cavab olaraq Türkiyə televiziyasında yayımlanan tarixi seriala işarə edərək, Ərdoğandan istehza ilə oturub bu seriala baxmasını istəyib.

Türkiyə Xarici İşlər Nazirliyi Katzın Ərdoğana hücumunun faktların açıqlanması ilə əlaqədar olduğunu və sionist rejim kabinetinin psixoloji sarsıntılardan mənşələndiyini əks etdirən bəyanat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 14 =