İsrailin zəifliyi üzə çıxdı, dünya savaşı olacaq – Vuçiç

İsrailin zəifliyi üzə çıxdı, dünya savaşı olacaq – Vuçiç

Yaxın Şərqdə hərbi münaqişələr dünya müharibəsi səviyyəsinə yüksələcək.

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Qəzza zolağındakı münaqişə bütün dünyada, xüsusən də müsəlmanlar və yəhudilər arasında o qədər emosiyaya səbəb olur ki, diqqət oraya yönəlib və bütün nizam pozulur. Onlar bu dəfə gördülər ki, İsrail toxunulmaz deyil. Təl-Əviv problemləri tezliklə onu təhlükəyə atmayacaq şəkildə həll etməyə çalışır, məncə, bu, çox çətindir. Və hamı Yaxın Şərqdəki ən güclü qüvvənin zəifliyini gördü”, – o bildirib.

Onun sözlərinə görə, çoxlu regional münaqişələr var, lakin bu, dünya müharibəsi deyil:

“Ancaq beynəlxalq ictimaiyyət artıq buna yaxınlaşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =