İsrailli həmkarı ilə görüşən Liviyanın xarici işlər naziri vəzifəsindən azad edilib – YENİLƏNİB

İsrailli həmkarı ilə görüşən Liviyanın xarici işlər naziri vəzifəsindən azad edilib – YENİLƏNİB

Liviyanın Milli Birlik Hökumətinin (GNU) baş naziri Abdel Hamid Dbeiba, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Cohen ilə görüşünə görə vəzifəsindən azad edib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters“ agentliyi hökumətə istinadən məlumat yayıb.

***

23.48

İsrailin xarici işlər naziri Eli Koen İtaliyada liviyalı həmkarı Najla Manguş ilə görüşüb.

APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər əməkdaşlıq imkanlarını və Liviyada yəhudi irsinin qorunub saxlanması imkanlarını müzakirə ediblər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 11 =