İsrailli nazir ABŞ-a gedir: döyüş intensivliyi azalacaq

İsrailli nazir ABŞ-a gedir: döyüş intensivliyi azalacaq

İsrailin strateji planlaşdırma naziri Ron Dermer Qəzza zolağında müharibənin növbəti mərhələsi ilə bağlı danışıqlar aparmaq üçün bu gün Vaşinqtona gedəcək.

Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ron Dermer Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan, Dövlət katibi Entoni Blinken və ABŞ Konqresinin üzvləri ilə görüşəcək:

“Dermer onlarla Qəzza zolağında hərbi əməliyyatların sona çatması və müharibənin aşağı intensivlik mərhələsinə keçid planlarını müzakirə edəcək. İsrail yanvarın sonuna kimi aşağı intensivlikli müharibəyə keçmək niyyətindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 1 =