İstanbulda konsulluğumuz önündə Azərbaycan neftinin İsrailə tədarükü əleyhinə aksiya keçirilib

İstanbulda konsulluğumuz önündə Azərbaycan neftinin İsrailə tədarükü əleyhinə aksiya keçirilib

Türkiyənin İstanbuldakı Azərbaycan Baş Konsulluğunun qarşısında Azərbaycan neftinin İsrailə tədarükünə qarşı aksiya keçirilib. Etiraz aksiyasını “Fələstin üçün 1000 gənc” təşkil edib. İştirakçılar Bakını soyqırımın iştirakçısı olaraq göstərən şüarlar səsləndirib və plakatlar qaldırıblar. Aksiya iştirakçıları Azərbaycan nefti ilə Fələstində İsrailin soyqrım törətmək üçün istifadə etməsini hiddətlə qarşılayıblar. Bundan əlavə onlar Türkiyə dövlətini də qınayaraq onun İsrailə neftin çatdırılmasında vasitəçilik roluna görə onu qınayıblar. Təşkilatçılar həm Azərbaycandan İsrailə neft ixracını dayandırmağı, həm də Türkiyənin bu nefti İsrailə daşımasının dayandırmağı tələb ediblər.

Qeyd edilib ki, İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri qətlə yetirdiyi günahsız fələstinlilərin sayı 27 238 nəfərə çatıb ki, onların da 12 min nəfərini uşaqlar, 8 190 nəfərini isə qadınlar təşkil edir.

Bundan başqa, İsrail hücumları nəticəsində 7 min qəzzalı da itkin düşüb ki, onların da 70 faizi uşaqlar və qadınlardan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − three =