İstanbulda mədəniyyət mərkəzində yanğın olub

İstanbulda mədəniyyət mərkəzində yanğın olub

İstanbulun Avropa hissəsində, Esenyurt bölgəsində yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Erol Olçok adına mədəniyyət mərkəzinin çoxmərtəbəli binası yanır.

Yanğının baş vermə səbəbi ilə bağlı hələlik məlumat yoxdur. Yanğınsöndürənlər hadisə yerindədir. Yanğının tüstüsü on metrlərlə hündürlüyə qalxır və onu digər ərazilərdən də müşahidə etmək mümkündür.

Yanğın binanı, demək olar, tam əhatə edib. Yanğının qonşu tikililərə keçə biləcəyi ilə bağlı narahatlıq da var, tikililər bir-birinə çox yaxın yerləşir.

İtkilər və ölənlər barədə hələlik məlumat yoxdur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 1 =