İstanbulda terror törədən şəxsə 1794 il həbs cəzası verilib
![İstanbulda terror törədən şəxsə 1794 il həbs cəzası verilib](https://sizinyol.org/wp-content/uploads/2024/04/ce6d6664-f68f-3622-94b7-b1cd4faed527_850.jpg)
PKK terror təşkilatının təlimatı ilə 13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edilib.
Bu barədə TRT Haber məlumat yayıb.
Qeyd olunub ki, terror aktını törətməkdə günahlandırılan Əhlam Əlbəşir 7 dəfə ağırlaşdırılmış ömürlük həbslə 1794 il həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 13 noyabr 2022-ci ildə törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib.