İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb

İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb

İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş verən aksiyalarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Sentyabrın 3-də Malmö şəhərində baş vermiş zorakı aksiyalardan sonra asayişi kobud şəkildə pozmaqda şübhəli bilinərək, 15 yaşdan kiçik üç yeniyetmə saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb”, – İsveç polisinin bəyanatında deyilir.

Qeyd olunur ki, saxlanılanlardan biri iki yanğın törətməkdə də şübhəli bilinir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 1 =