İsveçdə Qurani-Kərim növbəti dəfə yandırılıb
İsveçin Malmö şəhərində iraqlı qaçqın bu ölkə polisinin dəstəyi ilə növbəti dəfə Quranı yandırıb.
Stokholmda yaşayan iraqlı qaçqın və daha əvvəl İsveçdə Qurani-Kərimi təhqir edərək iyrənc hərəkətlər etmiş “Salvan Momika” adlı şəxs bu dəfə Malmödəki Laurensburq meydanında Quranı yandırıb.
İsveçin “Barometer” qəzetinin xəbərinə görə, onun ətrafına 100-ə yaxın insan toplaşaraq bu mənfur hərəkətə etiraz edib.
İsveç polisinin sözçüsü Patrik Fors bildirib ki, insanlar polisin xəbərdarlıq lentindən keçməyə çalışarkən bir neçə dəqiqə vəziyyət xaotik və həyəcanlı olub.
Orada olan bir neçə nəfər həbs edilib və ən azı bir nəfər hadisə yerindən çıxarılıb. Bu qondarma nümayiş saat 13:00-da başlayıb və 45 dəqiqə davam edib.
ISNA-nın məlumatına görə, sentyabrın əvvəlində çoxlu sayda müsəlmanın yaşadığı Warnhamstorget Malmödə Quran yandırılmasından sonra Rosenqardda şiddətli iğtişaş baş verib.
Ötən cümə günü İsveç polisi Rosenqardın vəziyyətini pilotsuz təyyarələrlə izləmək qərarına gəlib. Bu qərar oktyabrın 4-dək qüvvədə olacaq.