İtaliya: Ərdoğanın Həmas barədə söylədikləri narahatedicidir

İtaliya: Ərdoğanın Həmas barədə söylədikləri narahatedicidir

İtaliyanın baş nazir müavini dünən (25 oktyabr) Türkiyə prezidentinin Həmas barədə çıxışını sərt tənqid edib.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Matio Salvini Rəcəb Təyyib Ərdoğanın Həması dəstəkləyən dünənki çıxışının həddən artıq narahatedici olduğunu deyib.

Türkiyə prezidenti dünən çıxış edərək deyib ki, Həmas terror təşkilatı deyil, öz torpağını qorumaq üçün mübarizə aparan mücahid qrupudur.

O, həmçinin İsrailə planlaşdırdığı səfərini ləğv etdiyini açıqlayıb. O deyib ki, Ankara İsraillə münasibətlərini tam normallaşdırmaq niyyətində idi, amma İsrail “Türkiyə tərəfinin xoş məramından sui-istifadə edib və heç bir qarşılıq addımı atmayıb”. O deyib ki, “Qərbin İsrail üçün göz yaşları axıtması saxtakarlığın ifadəsidir”. Ərdoğan əlavə edib ki, “Qərbin İsrailə borcu çoxdur, amma Türkiyənin İsrailə borcu yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 7 =