İtaliya sionist rejimi tənqid etdi: Qətliamı dayandırın
İtaliyanın Xarici İşlər naziri Antonio Tajani sionist rejimi bu rejim ordusunun Fələstin mülki vətəndaşlarına qarşı qeyri-münasib davranışına görə tənqid edərək deyib: “Təl-Əviv Qəzzanın dinc əhalisindən qisas almamalıdır.”
Sionist rejimin mülki şəxslərə reaksiyasını çox yersiz adlandıran Tajani vurğulayıb: “HƏMAS-la heç bir əlaqəsi olmayan çoxlu sayda mülki şəxs İsrail hərbçilərinin hücumu nəticəsində həyatını itirib.”
İtaliyanın Xarici İşlər naziri həmçinin sionist rejimin Qəzzədəki hazırkı yanaşmasını bu bölgədə mülki əhalinin qətliamının səbəbi hesab edərək deyib: “Yalnız HƏMAS-ın əlində olan israilli əsirlərin azad edilməsini düşünməməliyik, əslində, israilli hərbçilərin Qəzzanın mülki əhalisinə qarşı zorakılığını dayandırmaq üçün də tədbir düşünməliyik.”