İtaliya XİN rəhbəri İsrailin əməliyyatının miqyasını qeyri-mütənasib adlandırıb

İtaliya XİN rəhbəri İsrailin əməliyyatının miqyasını qeyri-mütənasib adlandırıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani İsrailin Qəzza zolağındakı əməliyyatının miqyasını qeyri-mütənasib adlandırıb.

İtaliya XİN rəhbəri bu barədə “Radio 1″ə müsahibəsində bildirib.

O, ötən ilin oktyabr ayında HAMAS tərəfindən törədilən qırğına İsrailin reaksiyasının hazırda “qeyri-mütənasib” olduğunu deyib.

“Bu nöqtədə İsrailin reaksiyası qeyri-mütənasibdir, HAMAS-la heç bir əlaqəsi olmayan qurbanlar çoxdur. Mən soyqırımın olduğuna inanmıram, amma İsrail səhv edir, çünki çoxlu mülki şəxslərin ölümünə səbəb olur. Biz girovların azad edilməsini hədəfləməli və İsrailin hücumlarının zorakılığının dayandırılmasını təmin etməliyik”, – italiyalı nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =