İtaliyada 4.2 maqnitudalı zəlzələ baş verib
İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən vulkanik ərazidə 4.2 maqnitudalı zəlzələ baş verib.
APA “Italy 24 Press News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Seysmoloqların məlumatına əsasən, zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib və titrəyişlər Neapol və ətraf ərazilərdə daha aydın hiss edilib.
Baş verən zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Apa.az