İtaliyada güclü zəlzələ baş verdi
Publika.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, İtaliyanın mərkəzində 5,7 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Rimini şəhərində, 10 kilometr dərinlikdə meydana gəlib. Dəymiş ziyan və insan tələfatı ilə bağlı hələlik açıqlama verilməyib.
Publika.az