Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano “Armenpress”ə müsahibəsində deyib.
O bildirib ki, səfər gündəmdədir: “Tarix üzərində işləyirik”.
Diplomat səfərin konkret tarixini açıqlamayıb.