Jurnalist terrorunda sionist rejim birinci yerdədir

Jurnalist terrorunda sionist rejim birinci yerdədir

Ərəb dünyasında məşhur siyasi təhlilçi sionist rejimin Qəzzə, İordan çayı qərb sahili və Livanda jurnalistlərə qarşı terror siyasəti barədə deyib: İşğalçı sionist rejim artıq dünya səviyyəsində bu sahədə birinci yerdədir. Bu isə ifadə azadlığının susdurulması deməkdir.

Əl Aləm telekanalının məlumatına əsasən, Əbdülbari Ətvan Rəy əl Yəvm portalına verdiyi müsahibədə deyib: Müharibə zonasında və döyüş meydanında informasiya çatdıran, üzərində pressa nişanı olan jurnalist və operatorlar beynəlxalq qanunlara əsasən toxunulmazdır. Amma sionist rejim hərbçiləri qəsdən onları hədəfə alır və terror edirlər.

Əbdülbari Ətvan dünyada belə bir terrorizmin görülmədiyi və misligörünməmiş bir tarix yazaraq jurnalist terrorunda birinci yeri aldığını da vurğulayıb.

Qeyd edək ki, ötən çərşənbə günü “Səma” xəbər agentliyi Əhməd Əbu Əbsə və Hənnan Əyad adlı iki fələstinli jurnalistin Qəzza zolağında bugünkü bombardmanda şəhid olduğundan xəbər vermişdi.

Səma-nın bildirdiyinə görə, bu iki müxbirin şəhadəti ilə Qəzza zolağına təcavüz başlanandan bəri media şəhidlərinin sayının 89 şəhidə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − one =