Kənani: Amerika müxtəlif vasitələrlə bizə mesaj göndərir

Kənani: Amerika müxtəlif vasitələrlə bizə mesaj göndərir

İran XİN sözçüsü Amerikanın mesajının Tehrana çatdırılmasında Səudiyyə Ərəbistanının rolu ilə bağlı yayılan xəbəri təsdiqləməyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (22 yanvar) Amerikanın İrana müxtəlif vasitələrlə mesajlar göndərdiyindən xəbər verərək deyib: Səudiyyə Ərəbistanı Amerikanın İrana mesajlarının çatdırılmasında heç bir rolu yoxdur və digər vasitələrlə göndərilən müsajlar isə bizim üçün adi haldır.

Xatırladaq ki, ötən şənbə günü (20 yanvar) Middle East portalı Səudiyyə Ərəbistanı regionda eskalasiyanın azalması zəminində ABŞ-İran arasında mesaj vasitəçiliyini iddia etmişdi.

Həmçinin, bir müddət öncə İranın Dəməşqdəki səfirinin “ABŞ ərəb ölkələrindən biri vasitəsilə İrana ilk mesajını göndərdi” dediyi iddia edilmişdi. Amma İran XİN sözçüsü bu barədə heç birr məlumatının olmadığını demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =