Kənani: İfadə azadlığı şüarının yalançı iddiaçılarının üzündən bəzək maskaları düşdü

Kənani: İfadə azadlığı şüarının yalançı iddiaçılarının üzündən bəzək maskaları düşdü

İranın Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzza xalqına qarşı amansız müharibəsinə etiraz edən amerikalı tələbələrin sıxışdırılmasına toxunaraq deyib: İfadə azadlığı və insan haqları şüarının yalançı iddiaçılarının üzündən bəzək maskaları düşdü.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani internet məkanındakı şəxsi səhifəsində sionist rejimin Qəzza xalqına qarşı amansız müharibəsinə etiraz edən amerikalı tələbələrə qarşı repressiyalara toxunaraq yazıb: Fələstin tərəfdarı tələbələrin dinc etirazlarını və yığıncaqlarını yatırmaq üçün zorakı repressiya vasitələrinə bəraət qazandırmaq və onlardan istifadə etmək məqsədilə reallığı təhrif edən və tələbələrin və universitetlərin əsl qəzəb və etirazlarını antisemitizm kimi xarakterizə edən Amerika hökumət rəsmilərinin addımları hərəkətlərinin çirkinliyini azaltmır.

O əlavə edib: Yəhudilərin əhəmiyyətli bir hissəsi, o cümlədən yəhudi tələbələr sionist rejimin mənfur cinayətləri və Amerika hökumətinin rüsvayçı dəstəyindən uzaq olduqlarını bəyan ediblər.

Kənani qeyd etdi: İfadə azadlığı və insan haqları şüarının yalançı iddiaçılarının üzündən bəzək maskaları düşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 13 =