Kənani: Qərb hökumətləri Fələstin xalqına qarşı psixoloji müharibə və ağır təbliğat aparır

Kənani: Qərb hökumətləri Fələstin xalqına qarşı psixoloji müharibə və ağır təbliğat aparır

İran Xarici İşlər Nazirliyinin sözçüsü HƏMAS müqavimət qüvvələrinin sionist rejimə qarşı “Əqsa tufanı” əməliyyatına Reaksiya olaraq bildirib ki, Qərb hökumətləri və ABŞ Fələstin Millətinə qarşı psixoloji müharibə və ağır təbliğat aparmağa davam edir.

“Nasir Kənani” bugünkü mətbuat konfransında deyib: “Fələstin xalqına qarşı gündəlik cinayətləri dəstəkləyən bəzi konkret partiyalar hələ də zalım və məzlumun yerini dəyişməyə,Fələstin xalqı haqlarının itirilməsinə baxmayaraq zalımın arxasında dayanmağa çalışırlar. ”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Fələstin məsələsində həmişə aydın, açıq və qətiyyətli mövqe tutduğunu bildirib və vurğulayıb: Bu mərhələdə biz  əhəmiyyətli sayda dünya ölkələrinin, xüsusilə də İslam ölkələrinin Fələstinə verdiyi dəstəyin şahidi olduq.

Kənani deyib: İranın xarici işlər nazirinin İraqın xarici işlər naziri də daxil olmaqla bəzi həmkarları ilə son təmaslarında Fələstinin təhlükəsizlik vəziyyətinin nəzərdən keçirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının keçirilməsi təklif edilib.

Qeyd edək ki,Fələstin Müqavimət qüvvələri şənbə günü səhər saatlarından etibarən Qəzzadan (Fələstinin cənubu) sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı, Qəsbkar işğalçının 75 illik tarixində misli görünməmiş və sionistlərdən 1000 nəfərin ölümünə səbəb olan “Əl-Əqsa tufanı” adlı hərtərəfli və unikal əməliyyata başlayıblar.

Dünən (bazar günü) sionist ordu Qəzza zolağının qərb və cənubunda yerləşən yaşayış məntəqələrini növbəti dəfə bombalayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, Qəzza zolağındakı Fələstinin Səhiyyə Nazirliyi Əl-Əqsa tufanı” əməliyyatının başlanmasından bu yana 493 fələstinlinin şəhid olduğunu, 2751 nəfərin isə yaralandığını bildirib.

Fələstinli mənbənin məlumatına görə, bu şəhidlərin 100-dən çoxu sionistlərin vəhşicəsinə hücumlarında şəhid olan fələstinli uşaqlardır.

Əl-Cəzirə bu xəbərdə əlavə edib: “Əl-Əqsa” tufanı döyüşünün başlanğıcından bəri sionist rejim Qəzza zolağında 4 məscidi dağıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 3 =