Kənani: Sionistlər İranı parçalamaq arzusunu qəbrə aparacaqlar

Kənani: Sionistlər İranı parçalamaq arzusunu qəbrə aparacaqlar

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin keçmiş təhlükəsizlik məmuru Mardoxey Keydarın İranın parçalanması ilə bağlı sözlərinə münasibət bildirərək deyib: “Bu arzunu qəbrə aparacaqsız.”

Nasir Kənani X sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: “Sionist rejimin keçmiş təhlükəsizlik məmuru və Sadat-Begin sionist analitik mərkəzinin üzvü Mardoxey Keydar həyasızcasına İran İslam Respublikasının 6 ölkəyə bölünməsindən danışıb. O, müxtəlif iranlı etnik qrupların qızışdırılmasını bu mənfur istəyin reallaşması üçün əsas adlandırıb. Bu bədbəxt sionist keçən ilin fərvərdin ayında da bəzi qonşu ölkələrdə sionistlərin hərbi hərəkətlərini təsdiqləmiş və “biz İranı parçalamalıyıq” demişdi.

Bu kimi açıqlamalar qəddar düşmənlərin sevimli İrana qarşı bəd niyyətlərini açıq şəkildə göstərir. Baxmayaraq ki, bu, sionist düşmənlərin öz daxili düşüncələrini həyasızcasına ifşa etməsi ilk dəfə deyil, bundan əlavə, İran İslam Respublikası artıq qırx ildən artıqdır ki, belə sözləri eşidir və qürurlu həyatını hər zamankindən daha güclü şəkildə davam etdirir, lakin tənəzzülə uğramaqda olan sionistlərə bir daha xatırlatmaq lazımdır: İslami İranın gözəl vücudunu formalaşdıran müxtəlif etnik qruplardan son 45 ildə 250 minə yaxın insan canını fəda edib ki, bu torpaq vahid, güclü və qüdrətli qalsın, torpağının heç bir qarışı belə azalmazsın.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =