Kəskin istilərdə açıq havada işləyənlər: “42 dərəcədə işləyirik, heç su da vermirlər”-Video

Kəskin istilərdə açıq havada işləyənlər: “42 dərəcədə işləyirik, heç su da vermirlər”-Video

Son zamanlar havan Azərbaycan ərazisində anomal istilər müşahidə olunur. Bir neçə gündür ki, hava durumu ilə bağlı açıqlamalarda kölgədə 40-44 dərəcə isti olduğu barədə məlumatlar verilir.

Temperaturun 40 dərəcədən aşağı enməməsi xüsusi ilə ürək damar xəstəlikləri olan, ahıl insanlar və digər həssas kateqoriyalı insanlar üçün həyatı təhlükə yardır. Xüsusən Aran rayonlarında istilər özünü daha kəskin büruzə verir. Aran rayonlarında günvurma ilə bağlı təcili yardıma müraciətlərin sayı çoxalıb.

Elə ona görə də həkimlər evdə oturmağı məsləhət görürlər. Son bir neçə gün ərzində Hacıqabul rayonunda sutka ərzində günvurmadan 2 ölüm faktı qeydə alınıb. Onlardan biri öz yaşadığı həyətdə, digəri isə işlədiyi fermada günvurmadan dünyalarını dəyişiblər. Amma bu istidə bir çox iş yerlərinin işçiləri açıq havada işləmək məcburiyyətində qalırlar. Bunlar arasında istehlakçılara fasiləsiz xidmət göstərməli olanlar da var.

İstiliyin neçə dərəcə olmasından asılı olmayaraq fasiləsiz işləyən işçilərə fəhlələri misal göstərə bilərik. Onlar bildirir ki, 41-42 dərəcədə istidə də işləyirlər, heç su verən də olmur. Məsələ ilə əlaqədar “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədova müraciət etdik. Sahib Məmmədov bildirir ki, əmək məcəlləsinə görə havanın temperaturu 41 dərəcəni keçdikdə və temperaturu süni surətdə tənzimləmək mümkün olmadıqda işlər dayandırılmalıdır. Onun sözlərinə görə, müvafiq tədbir görmədiyi halda işçi günvurma nəticəsində vəfat edərsə işəgötürən barəsində cinayət işi başlanılmalıdır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + nine =