Kamboca parlamenti Baş nazir Hun Manetin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib

Kamboca parlamenti Baş nazir Hun Manetin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib

Kambocanın Milli Assambleyası (parlamentin aşağı palatası) Baş nazir Hun Manetin başçılığı altındakı yeni hökumətini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 22-də Baş nazirin rəhbərlik etdiyi yeni kabinet kral sarayında and içəcək, bundan sonra hökumət tam olaraq təsdiq edilmiş sayılacaq.

Kamboca Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini və Quru Qoşunlarının komandanı Hun Manet 38 ildir hakimiyyətdə olan keçmiş baş nazir Hun Senin böyük oğludur. İyulun 23-də Kambocanın müasir tarixində yeddinci Milli Assambleya seçkilərində Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) səslərin 82 %-dən çoxunu qazanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + sixteen =