Kanadada 13,4 milyon hektar meşə sahəsi yanıb

Kanadada 13,4 milyon hektar meşə sahəsi yanıb

Kanadada davam edən meşə yanğınları nəticəsində təxminən 13,4 milyon hektar ərazinin yanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyinin Şimal Meşə Mərkəzinin rəhbəri Maykl Norton məlumat verib.

O bu vaxta qədər 5500-dən çox yanğının qeydə alındığını və növbəti həftələrdə əhəmiyyətli dərəcədə artımlar olacağı haqda xəbərdarlıq edib.

Bu, ölkə tarixinin ən böyük yanğınları kimi qeydə alınıb. Bu vaxta qədər Kanadada 167 mindən çox insan yanğınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Bundan əvvəlki ən böyük meşə yanğınları 1989-cu ilin aprel-sentyabr aylarında baş verib və o zaman təxminən 7,6 milyon hektar meşə sahəsi məhv olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − eight =