Keçmiş Mossad rəsmisi: Hizbullah raketləri İsrailin hər yerinə çatır
Sionist rejimin Livan Hizbullah hərəkatının hərbi təlimləri ilə bağlı qorxu və narahatlığının davamında “Mossad”ın keçmiş rəhbərinin müavini Hizbullahın raketlərinin işğal olunmuş ərazilərin bütün ərazisinə şatdığını bildirib.
Sionist Ordusunun ehtiyatda olan general-mayoru Amirəm Levin Livan Hizbullah hərəkatının hərbi gücündən narahatlığını ifadə edərək, bu hərəkatın qüvvələri və raketlərinin işğal olunmuş ərazilərin istənilən hissəsinə çatmaq iqtidarında olduğunu vurğulayıb.
“Rəy Əl-Yəvm” saytının ibrani mənbələrinə istinadən verdiyi məlumata görə, “Mossad”ın keçmiş müavini olan Levin deyir: “Hizbullah on minlərlə raketlə İsrailin çox böyük və sıx məskunlaşdığı əraziləri hədəfə ala bilər.”
Bundan əvvəl ibrani qəzeti “Jerusalem Post” sionist hərbi rəsmilərin əksəriyyətinin hələ də Hizbullahın Rizvan xüsusi qüvvələrinin gücü və təxminən 15 min raketinə görə Tel-Əviv üçün ən böyük təhlükə olduğuna israr etdiyini açıqlayıb.
Hizbullahın Livanın cənubunda keçirdiyi hərbi təlimdən sonra sionist rejimin qarşıdurma qorxusu artıb. Bu barədə İbrani mətbuatı yazıb: “Bu manevrdə göstərilməyən silah dəqiq raketlər idi. Bu, İsrailin təhlükəsizlik və hərbi qurumlarının gözündən yuxunu qaçıran problemdir.”
Sionist rejimin 13-cü kanalının müxbiri bu barədə məlumat verib: Livanın cənubunda keçirilən geniş və müstəsna hərbi təlim zamanı birbaşa atəş açılıb. Bu manevrdə Hizbullaha məxsus müdafiə silahları, zirehli maşınlar və müxtəlif kamikadze pilotsuz təyyarələrdən istifadə edilib.
Bununla bağlı sionist rejimin 12-ci kanalı elan edib: “Hizbullahın manevrində mühüm olan raketlərin istehsalından tutmuş xüsusi zirehlərin istehsalına qədər onun çoxsaylı mexanizm və imkanlarını görmək idi.”
Hizbullahın icra şurasının rəhbəri Haşim Səfiyəddin bu manevrlə bağlı açıqlamalarında belə deyib: “İşğalçı İsrail rejimi oyun qaydalarını pozaraq axmaqlıq etsə, düşmən onun qəlbinə dəqiq raketlərin zərbəsinin və misli görünməmiş qara günlərin şahidi olacaq. ”