Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələyib

Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələyib

Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları – Vaşinqton və Seulun məhv ediləcəyini açıqlayıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“ABŞ-nin hiylələrini və onun qarşısını almağa çalışan Koreya Respublikasının ünsürləri daha da güclənəcək. Ordumuz düşmənləri amansızcasına darmadağın etməlidir”, – deyə agentliyin məlumatında bildirilir.

Qeyd olunur ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün hərbi arsenalından istifadə etməyə hazırdır.

Bundan əvvəl Şimali Koreya lideri bəyan etmişdi ki, Koreya yarımadasında münaqişənin gərginləşməsi mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 5 =